SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu “Real Madrid”in sabiq müdafiəçisi Marselonu transfer edib.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox "kral klubu"nda forma geyinib. O, 544 matçda iştirak edib və 37 qol vurub. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb.

BAKU.WS