SİZİN REKLAM BURADA!
055 213 76 73


3x3 basketbol idman növü üzrə Azərbaycan yığma komandası qarşıdakı Avropa Kubokuna hazırlıqlarını davam etdirir.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 9-11 sentyabr tarixlərində Avstriyanın Qrats şəhərində baş tutacaq Avropa Kubokuna hazırlaşan kişilərdən ibarət 3x3 basketbol yığması avqustun 28-i Serbiyaya yola düşüb.

Təlim-məşq toplanışında iştirak edən Amil Həmzəyev, Zaur Paşayev və Endər Poladxanlıdan ibarət komanda Novi Sad şəhərində 3x3 Serbiya millisi və bir sıra yerli klublar ilə yoxlama oyunları keçirib. Yığma komandanın Serbiyadakı təlim-məşq toplanışı 8 sentyabr tarixinə qədər davam edəcək.

Qeyd edək ki, milli Avropa Kubokunda D qrupunda Niderland və Belçika komandaları ilə mübarizə aparacaq.

BAKU.WS