SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Damm Qroznı şəhərində Çeçenistanın ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnurində WBC Muay Thai versiyası üzrə Dünya çempionu titulunu qazanan həmyerlimiz Zabit Səmədovu qələbə münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə öz İnstagram səhifəsində Hacı Nuran məlumat yayıb. 

"Qardaşım Zabit, sən bunu bacardın, əhsən sənə, afərin! Uğurların daha çox olsun. Tez bir zamanda sənin Azərbaycanda keçirilən döyüşünü canlı izləmək  mənə nəsib olsun”, - Jan Klod Van Damm deyib. 

Hollivud ulduzunun təbrikini Zabit Səmədova Hacı Nuran tərcümə edib.
 
Zülfüqar Xeyirxəbər 
BAKU.WS