"Neftçi"nin futbolçusu əməliyyat olundu

Neftçinin futbolçusu əməliyyat olundu
İdman 58

"Neftçi"nin futbolçusuAzər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunub.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi müdaxilə sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçirilib. 28 yaşlı müdafiəçi təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Azər Salahlı avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.

Oxşar xəbərlər

"Neftçi"nin futbolçusu üç ay yaşıl meydanlardan kənar olacaq

"Neftçi"nin futbolçusu üç ay yaşıl meydanlardan kənar olacaq

"Neftçi"nin futbolçusu Azər Salahlı tibbi müayinədən keçib. BAKU.WS klubun rəsmi saytına istinadən məlumatına görə, həkimlər 28 yaşlı müdafiəçiyə 5-ci ayaqdarağ...

58 İdman 19:40 12 avqust 2022

Son xəbərlər