Azərbaycan Premyer Liqası: "Neftçi" mövsümə çətin qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı “Neftçi” arasında olub. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra “ağ-qaralar” 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.
Günün son görüşündə “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?
Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...
