Hindistanda ildırım bir gündə 20 nəfərin həyatına son qoydu

Hindistanın Bihar ştatında güclü ildırım nəticəsində bir gündə 20 nəfər ölüb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hava həddindən artıq isti olduğu üçün insanların çoxu sərinləmək məqsədilə bayıra çıxmağa çalışır və nəticədə ildırım vuranların sayı artır.
Ştatın Baş naziri Nitiş Kumar region sakinlərini təhlükəsizliyə diqqət etməyə və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb. O, həmçinin ölənlərin ailələrinə təzminat kimi 400 min rupi (təxminən beş min avro) ödəniləcəyini açıqlayıb.
Eyni zamanda nazir məmurlara ildırımın hər hansı bir yerə dəyməsinə mane olan və əvəzinə elektrik enerjisini torpağa yönəldən ildırımötürənlərin quraşdırılması barədə də tapşırıq verib.
Oxşar xəbərlər
Millimiz Lüksemburqa məğlub oldu, Türkiyə qələbəni əldən verdi - VİDEO
DÇ-2022-nin seçmə mərhələsində 4-cü tura start verilib. BAKU.WS xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub. A qrupunda yer alan Azərbaycan millisi...
