SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" - "Lex" oyununda ilk hissə başa çatıb.

"Köhlən atlar" fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.

***

20.36

Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Köhlən atlar"dan Kadi Borges 14-cü dəqiqədə hesabı bərabərləşdirib.

***

20.04

"Qarabağ" və "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb

Cavab oyununda erkən qol vurulub. Qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.

Qeyd edək ki, Polşadakı ilk matçda "köhlən atlar" rəqibinə minimal hesabla uduzub - 0:1.

BAKU.WS