SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşmada "köhlən atlar" 5:1 hesabla Polşa "Lex"ini məğlub edib.

Cavab matçında "Lex"i darmadağın edən "Qarabağ" II təsnifat mərhələsində İsveçrə "Sürix"inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.

***21:42

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-ci qolu rəqibin qapısından keçirib.

BAKU.WS xəbər verir ki, 78-ci dəqiqədə ikinci hissədə meydana daxil olan Abbas Hüseynov fərqlənib.

***21:36

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qolu vurub.

BAKU.WS xəbər verir ki, Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.

***21:30

Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.

BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisindən Kevin Medina 3-cü topu qonaqların qapısından keçirib - 3:1.

BAKU.WS