SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib.

35 yaşlı qrossmeyster I turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə heç-heçə ilə barışmalı olub.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

BAKU.WS