SİZİN REKLAM BURADA!
055 213 76 73


“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, mövsümün 8-ci mərhələsinin qalibləri mükafatlandırılıb.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq ölkələrinin dövlət himnləri səsləndirilib.

Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Ferstappen (“Red Bull”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İkinci olan onun komanda yoldaşı Serxio Peres və finişə üçüncü çatan Corc Rassell (“Mercedes”) də kubokla mükafatlandırılıb.

***

16.37

“Formula-1” üzrə Azərbaycan Qran-prisində daha bir pilot problemlə üzləşib.

Kevin Maqnussen mübarizəni dayandırmalı olub.

“Haas”ın pilotunun bolidinin mühərriki 33-cü dövrədə dayanıb.

Bundan əvvəl, “Ferrari” pilotlarından Karlos Sayns, Şarl Lekler də mübarizəni dayandırıb.

***

16.09

“Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.

Sonuncu gündə əsas mübarizə başlayıb.

Təxminən 2 saatlıq yarışın ardından qalib müəyyənləşəcək. 10 komandanın heyətində 20 pilot finişə birinci çatmaq uğrunda mübarizəyə qoşulub.

Azadlıq meydanından start götürən yarışın finiş xətti də eyni məkan olacaq. Bolidlər buradan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, dünən keçirilən sıralama turunda “Ferrari”nin pilotu Şarl Lekler hamını qabaqlayıb. “Red Bull” komandasından Serxio Peres və Maks Ferstappen müvafiq olaraq 2-3-cü yerlərdə başlayıb.

BAKU.WS