F1 üzrə Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olunub – FOTO
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.
Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.
Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokun üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Kubok bu gün final yarışından sonra qaliblərə veriləcək.
Qalereya
Oxşar xəbərlər
Bu gün Azərbaycan Qran-prisi başlayır
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci...