AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat alıb

18
may
2022
13:45
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, o, mayın 19-da keçiriləcək A qrupunun Almaniya - Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.
Məhərrəmov daha əvvəl B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında iş başında olub.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.
Oxşar xəbərlər
UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi - SİYAHI
UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar aşağıdakılardır: UEFA M...