VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmədən irəli gəlir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qlaib gəldikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis sonuncu - XXVIII turda ancaq yerli və gənc oyunçulara şans vermək planının olmadığını bildirib: "Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar".

Qurbanov Riçard Almeyda və Toral Bayramovun yorğunluğa görə axsayaraq gəzdiklərini söyləyib: "Sudurqa tutub, ona görə belə hallar baş verir".

Təcrübəli baş məşqçi "Neftçi"yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb: "Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət vermişdim. Abbas Hüseynovda isə zədə var. Kubokun finalına çata bilər.Amma hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük" olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından 1 gün əvvəl yollanacağıq.

BAKU.WS