13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı rumıniyalı Mixail Bradu ilə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.

60 kq-da çıxış edən Murad Məmmədov yarımfinalda türkiyəli Kerem Kamala 0:8, 67 kq-da yarışan Həsrət Cəfərov Murat Fırata 0:2, 72 kq-da yer alan Ülvi QənizadəŞmaki Bolkvadzeyə (Gürcüstan) 1:4 hesabı ilə uduzaraq, finala vəsiqə şanslarını itiriblər.

Bürünc medal uğrunda görüşdə Məmmədov Razvan Arnaut (Rumıniya) - Helari Maigisalu (Estoniya) cütünün qalibi, Cəfərov Sebastian Nad (Serbiya), Qənizadə isə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) cütünün güclüsü ilə üz-üzə gələcək.

97 kq-da çıxış edən Murat Lokyayevin 1/8 finalda uduzduğu finlandiyalı Arvi Savolaynen finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Lokyayev yunanıstanlı Laokratis Kesidislə görüşəcək.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar. Süleyamnov Per Albin Olofssonu (İsveç), Abbasov Yohan Danielov Dimitrovu (Bolqarıstan), Kandelaki isə Dariuş Attila Viteki (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

BAKU.WS