SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nəzərdə tutulan 16 oyundan səkkizi artıq yekunlaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı C qrupundakı son sınağında Rusiyanın "Spartak" (Moskva) klubunu qəbul edib. Rəqibi ilə heç-heçə edən nə minimal hesabla uduzan Varşava təmsilçisi qrupda sonuncu pilləni tutaraq avrokuboklarla vidalaşıb. Meydana start heyətində çıxan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. Qrupun digər görüşündə İngiltərə "Lester"i İtaliyada "Napoli"yə uduzub. Bu nəticələrdən sonra "Spartak" qrup lideri kimi 1/8 finala, "Napoli" pley-offa adlayıb. "Lester" isə Avropa Liqasının pley-offunda mübarizəni davam etdirəcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" D qrupunda evdə Almaniya "Frankfurt"u ilə üz-üzə gəlib. İstanbul təmsilçisi özü üçün formal xarakter daşıyan görüşdə heç-heçəyə razılaşıb. Digər oyunda Yunanıstan "Olimpiakos"u Belçikada "Antverpen"ə uduzub. Nəticədə qrupu ilk sırada tamamlayan Bundesliqa klubu birbaşa 1/8 finala yüksəlib.

Daha əvvəl, Almaniyanın "Bayer" (Leverkuzen), İngiltərənin "Vest Hem", Fransanın "Lion" və "Monako" klublarının 1/8 finala adlaması dəqiqləşib.

Qeyd edək ki, qruplarında 2-ci yeri tutanlar Avropa Liqasının, 3-cü yerin sahibləri isə Konfrans Liqasının pley-offunda çıxış edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur

A qrupu

21:45. "Sparta" (Praqa, Çexiya) - "Bröndbü" (Danimarka) - 2:0

21:45. "Lion" (Fransa) - "Reyncers" (Şotlandiya) - 1:1

Xal durumu: "Lion" - 16, "Reyncers" - 8, "Sparta" - 7, "Bröndbü" - 2

B qrupu

21:45. "Şturm" (Qrats, Avstriya) - "Monako" (Fransa) - 1:1

21:45. "Real Sosyedad" (İspaniya) - PSV (Eyndhoven, Niderland) - 3:0

Xal durumu: "Monako" - 12, "Real Sosyedad" - 9, PSV - 8, "Şturm" - 2.

C qrupu

21:45. "Legiya" (Polşa) - "Spartak" (Moskva, Rusiya) - 0:1

21:45. "Napoli" (İtaliya) - "Lester" (İngiltərə) - 3:2

Xal durumu: "Spartak" - 10, "Napoli" - 10, "Lester" - 8, "Legiya" - 6.

BAKU.WS