DÇ-2022: Portuqaliya - Türkiyə oyununun başlama saatı müəyyənləşdi

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının başlama saatları müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyə millisi C yolunda Portuqaliya ilə yarımfinal görüşünü səfərdə keçirəcək. 2022-ci il martın 29-da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Bu matçın qalibi İtaliya - Şimali Makedoniya oyununun qalibi ilə 29 mart saat 22:45-də öz meydanında finalda üz-üzə gələcək.
DÇ-2022, pley-off mərhələsiYarımfinal24 mart
A yolu23:45. Şotlandiya - Ukrayna23:45. Uels - Avstriya
B yolu21:00. Rusiya - Polşa23:45. İsveç - Çexiya
C yolu23:45. İtaliya - Şimali Makedoniya23:45. Portuqaliya - Türkiyə
Final29 martA yolu22:45. Uels / Avstriya - Şotlandiya / Ukrayna
B yolu22:45. Rusiya / Polşa - İsveç / Çexiya
C yolu22:45. Portuqaliya / Türkiyə - İtaliya / Şimali Makedoniya
Martın sonuncu bazar günündə Avropada saat dəyişikliyi baş verəcəyindən, yarımfinal və final matçlarının Bakı vaxtı ilə başlama saatları fərqli göstərilib.
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.
Oxşar xəbərlər
DÇ-2022: Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə arzuolunmaz rəqiblə
2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində ger...