VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün saat 16:50-dən etibarən Formula 1 şəhərciyinin səhnəsində Avropa Qran Prisində iştirak edən pilotların avtoqraf sessiyası təşkil olunacaq.
 
Trend-ə Bakı Şəhər Halqasından (Baku City Circuit) verilən məlumata əsasən, növbəti avtoqraf sessiyaları yarış həftəsonunun hər bir günündə müxtəlif komandaların iştirakı ilə yenə eyni yerdə keçiriləcək.

Tamaşaçılara tövsiyə olunur ki, sevimli komandaları ilə rahat görüşə bilmək üçün məkana təyin olunan vaxtdan bir qədər tez gəlsinlər. Avtoqraf sessiyalarının cədvəli:
 
Cümə axşamı, 16 iyun:
 
Ferrari 16:50 - 17:10
Red Bull 18:00 - 18:20
Mercedes 18:20 - 18:40
Toro Rosso 18:40 - 19:00
 
Cümə, 17 iyun:
 
Haas F1 Team 11:00 - 11:20
McLaren 11:00 - 11:20
 
Şənbə, 18 iyun:
 
Renault 12:20 - 12:40
Force India 12:40 - 13:00
 
Bazar, 19 iyun:
 
Manor 12:40 - 13:00
Williams 13:00 - 13:20
Sauber 14:00 - 14:20
 
İyunun 16-ı, cümə axşamı günü istənilən tribunaya bileti olan azarkeşlər Pit Yolunda təşkil olunacaq gəzintidə iştirak edərək Formula 1 aləminə daha da yaxınlaşmaq imkanına sahib olacaqlar. Saat 18:30-dan 20:30-dək davam edən gəzinti zamanı qonaqlar Pit Yolu boyunca gəzərək komandaların yarışa hazırlığını və pit-stop əməliyyatlarını yaxından izləyə biləcəklər. Gəzinti üçün Pit Yoluna Formula 1 Şəhərciyində yerləşən Abşeron tribunasının yanında əvvəlcədən təyin olunmuş qapıdan girmək mümkün olacaq.
 
BAKU.WS