SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə millisi Harri Keynin penalti zərbəsi ilə vurduğu qolla finala vəsiqə qazanıb. 

***

İngiltərə danimarkalıların sevincinin çox çəkməsinə imkan vermədi.

BAKU.WS xəbər verir ki, Bukayo Sakanın ötürməsindən sonra 39-cu dəqiqədə hesab bərabərləşdi. Qol Simon Kyerin ayağına avtoqol kimi yazıldı.

***

23:41

Matçda hesab açıldı.

Mikel Damsqor 30-cu dəqiqədə cərimə zərbəsindən hesabı açdı.

Bu, AVRO-2020-də cərimə zərbəsindən vurulan ilk qol və İngiltərə millisinin buraxdığı ilk topdur. Danimarka millisi 1966-cı ilin dünya çempionlarına Londonda 1:0 qalib gəlir.

***

23:13

Bu gün AVRO-2020-nin ikinci finalçısının adına aydınlıq gələcək.

Artıq İngiltərə – Danimarka matçı başlayıb.

Meydan sahibi olan İngiltərə heç vaxt qalib ola bilmədiyi Avropa çempionatının finalına çıxmaq üçün 1992-ci ilin qitə çempionları Danimarka ilə qarşılaşır.

Komandaların start heyətləri belədir:

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Uolker, Rays, Filips, Sterlinq, Maunt, Saka, Keyn (kapitan)

Danimarka (3-4-3): Şmeyxel, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqer, Damsqor, Breytveyt, Dolberq

Qeyd edək ki, qalib komanda iyulun 11-də Londonda İtaliya millisi ilə final görüşünə çıxacaq. Uduzan tərəf isə İspaniya yığması kimi avtomatik bürünc medallara yiyələnəcək.

BAKU.WS
VİDEO