SİZİN REKLAM BURADA!
055 213 76 73


Matç İngiltərənin Almaniya üzərində 2:0 hesablı qələbəsi ilə başa çatdı.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, İngiltərənin 1/4 finaldakı rəqibi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İsveç – Ukrayna görüşünün qalibi olacaq.

***

21:54

Meydan sahibi İngiltərə dördqat dünya və üçqat Avropa çempionlarına qalib gəlir.

İngiltərə 75-ci dəqiqədə hesabı açdı. Yenə İngiltərənin qolunu Almaniyanın qapısına Rahim Sterlinq vurub.

Meydana ikinci hissədə daxil olmuş Cek Qrilişin ötürməsindən sonra Hari Keyn baş zərbəsi ilə ikinci qolu rəqibin qapısından keçirib. Bu, hücumçu Keynin AVRO-2020-də dördüncü oyunda ilk qoludur.

***

19:59

Futbol üzrə Avropa çempionatı davam edir.

Bu gün AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulacaq.

Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutacaq. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gələcək.

Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçiriləcək. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

AÇ-2020
1/8 final
29 iyun

20:00. İngiltərə – Almaniya
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 25. Bukayo Saka.

Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müller

BAKU.WS
VİDEO