SİZİN REKLAM BURADA!
055 213 76 73


Danimarka millisi son Avropa çempionatının yarımfinalçısı Uelsi 4:0 hesabı ilə darmadağın edərək Bakıda keçiriləcək 1/4 final qarşılaşmasında oynamaq hüququ qazanıb. Oyun iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Danimarka millisinin rəqibi sabah keçiriləcək Niderland – Çexiya oyunundan sonra bilinəcək.

***21:11

Danimarka yığması qarşılaşmada ikinci qolunu vurub. Kasper Dolberq dubl edərək Dnimarka yığmasını 1/4 final mərhələsinə bir qədər də yaxınlaşdırıb. 

***20:31

Danimarka millisi 27-ci dəqiqədə hesabı açdı. Kasper Dolberq qol vuran futbolçudur.

***20:11

Bu gün futbol üzrə Avropa çempionatında pley-off mərhələsinin ilk qalibləri müəyyənləşir.

BAKU.WS-in məlumatına görə, günün ilk qarşılaşmasında Uels yığması ilə Danimarka millisi qarşılaşır.

Hələ ki, oyunda hesab açılmayıb. 

BAKU.WS
VİDEO