SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub.

Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb və Türkiyə millisi Avropa çempionatı ilə xalsız vidalaşıb.

Bu qrupun digər oyununda isə 1/8 finala vəsiqəni ötən tur təmin etmiş İtaliya millisi Uels yığmasını sınağa çəkib. Romadakı “Olimpiko“ stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub. İsveçrə ilə xallar bərabər olsa da, daha az qol buraxan britaniyalılar pley-offa adlayıblar. İsveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ bilərlər.

***21:27

İsveçrə-Türkiyə matçında hesab 3:1 olub. Qarşılaşmada Şakiri fərqlənib.

***21:24

Türkiyə yığması AVRO-2020-də ilk qolunu vurub. İsveçrə-Türkiyə matşında İrfan Can Khveçi fərqlənib.

***20.32

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında növbəti qol vurulub.

Cerdan Şakiri 26-cı dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırıb.

***20:11

Türkiyə - İsveçrə oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, oyunun 6-cı dəqiqəsində İsveçrə hesabı açıb. Fərqlənən Haris Seferoviç isveçrəliləri önə keçirib.

***20:02

AVRO-2020-də qrup mərhələsinin III turu start götürüb.

BAKU.WS xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşır. Sloveniyalı Slavko Vinçiçin start fiti ilə qarşılaşma başlayıb.

Qeyd edək ki, ilk iki turdan sonra xalı olmayan "ay-ulduzlular" sonuncu sırada qərarlaşıb. İsveçrə seçməsi isə 1 xalla üçüncüdür.

***19:53

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda III turun İsveçrə - Türkiyə oyununun açılış mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

BAKU.WS