SİZİN REKLAM BURADA!
055 213 76 73


C qrupunun qarşılaşmalarında Belçika və Danimarka yığmaları matçlarından qələbə ilə ayrılıblar. Belçika Finlandiyanı 2:0, Danimarka isə Rusiya millisini 4:1 hesabı ilə məğlub edib.

***23:56

Kopenhagendə keçirilən Rusiya – Danimarka görüşündə hesab açıldı. Mikel Damsqo 38-ci dəqiqədə gözəl qola imza atdı. Bu nəticə ilə meydan sahiblərindən olan Rusiya qrup dördüncüsü kimi AVRO-2020-də mübarizəni dayandırmış olur.

BAKU.WS xəbər verir ki, Finlandiya – Belçika oyununda isə qapılara qol vurulmayıb.

***

23:06

AVRO-2020-nin C qrupunda son matçlar keçirilir.

BAKU.WS xəbər verir ki, qrupdan Belçikanın ardından 1/8 finalda iştirak edəcək üç komandadan biri müəyyənləşəcək.

Həmin komanda saat 23:00-da başlayan Finlandiya – Belçika və Rusiya – Danimarka matçlarının nəticəsindən sonra bilinəcək.

Komandaların bu matçlara çıxdığı taktiki düzülüşlər və start heyətlərini təqdim edirik:

Finlandiya (5-3-2): Hradetski, Raytala, Toyvio, Arayuuri, D. Oşonesi, Uronen, Lod, Sparv (kapitan), Kamara, Pohyanpalo, Pukki

Belçika (3-4-3): Kurtua, Vermalen, Denayer, Boyata, Şadli, Vitsel, De Bröyne, Trosar, E. Azar (kapitan), Lukaku, Doku

Rusiya (5-2-2-1): Safonov, Mario Fernandez, Diveyev, Cikiya, Kudryaşov, Kuzyayev, Ozdoyev, Zobnin, Aleksey Mirançuk, Qolovin, Dzyuba (kapitan)

Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer, Kristensen, Mehle, Dileyni, Höybyerq, Vass, Damsqor, Poulsen, Bresveyt

BAKU.WS