SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinin oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, A qrupu çərçivəsində baş tutan Uels - İsveçrə oyunu 1:1 hesablı sülh ilə bitib.

Uelsin bərabərlik qolunu 74-cü dəqiqədə Kiffer Mur vurub.

İsveçrənin 84-cü dəqiqədə vurduğu qolunu isə baş hakim VAR-dakı hakimlərə müraciət etdikdən sonra qeydə almayıb.

***

18:17

AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda baş tutan Uels-İsveçrə oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, İsveçrə millisinin hücumçusu Bril Embolo 49-cu dəqiqədə Uelsin qapısına başla qol vurub.

***

17:51

AVRO 2020 çərçivəsində Uels - İsveçrə oyununda ilk hissə qolsuz bərabərliklə başa çatıb.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.

***

17:00

AVRO-2020-nin A qrupunun Uels - İsveçrə oyununa Bakı Olimpiya Stadionunda start verilib.

BAKU.WS xəbər verir ki, oyuna Fransadan olan baş hakim Klemen Turpin nəzarət edəcək.

Günün digər iki oyunu B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka Finlandiyanı sınağa çəkəcək. Digər oyun isə Sankt-Peterburqda baş tutacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.

BAKU.WS
QALEREYA