Azərbaycanın sərbəst güləşçilərindən tarixi ANTİREKORD

Azərbaycanın sərbəst güləşçilərindən tarixi ANTİREKORD
İdman 520

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, antirekord göstəricidir.

Əvvəlki olimpiadalarda ən pis halda 4 sərbəst güləşçi mübarizə aparıb:

1996. Atlanta - 6

2000. Sidney - 6

2004. Afina - 4

2008. Pekin - 7

2012. London - 6

2016. Rio-de-Janeyro - 6

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builk Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəlib. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıb.

Son xəbərlər