SİZİN REKLAM BURADA!
055 213 76 73


Milan şəhərinin "İnter" futbol klubu 2010-cu ildən bəri ilk dəfə İtaliya çempionu olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, çempionatın sonuna 4 tur qalmış Antonio Kontenin rəhbərlik etdiyi komanda rəqibləri üçün əlçatmaz mövqedə qərarlaşıb.

Belə ki, 34-cü tur çərçivəsində "Sassuolo" və "Atalanta" qarşılaşması oyun 1:1 hesabı ilə bitib və "Atalanta" 69 xalla ikinci yerdə qərarlaşıb. Bununla da "Atalanta" 82 xala malik “"İnter"dən 13 xal geridə qərarlaşıb.

Qeyd edək ki, "İnter" sonuncu dəfə 2009/10 mövsümündə İtaliya çempionu olub.

BAKU.WS