Digər klublardan fərqli olaraq “Barselona” Superliqada qalır - RƏSMİ

İspaniyanın “Barselona” klubu Superliqada qaldığını təsdiq edən bəyanat yayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, klubun direktorlar şurasının yaydığı sənəddə bildirilir ki, “Barselona” əksər böyük Avropa futbol klublarının struktur islahatlarına ehtiyacın olduğu barədə fikirlərini bölüşür. Məhz bu səbəbdən futbolsevərlərə təklif edilən, futbolun keyfiyyətini və cazibəsini artırmaq üçün hazırlanmış bir turnir olan Super Liqanın təsisçi üzvü olmaq təklifini qəbul edib.
Bəyanatda təsisçilərdən biri olaraq, bu layihənin tərkib hissəsi olmaq fürsətindən imtina etmənin tarixi bir səhv olacağı bildirilib və klubun Superliqadan ayrılmamaq qərarı təsdiq olunub.
Oxşar xəbərlər
AFFA-dan yeni Super Liqanın yaradılmasına REAKSİYA
UEFA-nın aprelin 18-də yaydığı bəyanata əsasən, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasi...
