"World Masters”: Cüdoçumuz gümüş medal qazandı

13
yan
2021
21:28
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kotsoyev gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın turnirdə ilk medalı olub.
Qeyd edək ki, Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska da "World Masters” turnirində finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.
Oxşar xəbərlər
Güləşçimiz erməni idmançını döşəyə çıxmağa peşman etdi – MÖHTƏŞƏM QƏLƏBƏ – VİDEO
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, güləşçilərimiz günü 2 gümüş...