Yol polisi maşını yumruqladı: "Deyəsən başın işləmir ha..." (VİDEO)
Bakının Yusif Səfərov küçəsində maraqlı görüntülər qeydə alınıb.
Oxucu Avtosfer.az-a müraciətində bildirib ki, həmin küçənin Cavanşir körpüsünün yanındakı hissəsindən geriyə dönmək istədiyərkə 99-YP-421 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan Yol-Patrul Xidməti əməkdaşı ona «sola dön» deyərək, müraciət edib: «Həmin yerdə ancaq sola dönməyə icazə var. Mən isə polisin və yol nişanının dediyi kimi, sola dönürdüm, başqa istiqamətə getmirdim.
Polis bir daha «sola dön» dedikdə mən avtomibilimi yerindən tərpətdikdə sağdan üstünlüyə malik olan nəqliyyat vasitələrinə yol verməyə məcbur oldum. Çünki polis əməkdaşı sağdan gələn avtomobillərin hərəkətini qadağan etməmişdi. Mən həmin yerdə özümün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq dayanıb gözlədikdə polis əməkdaşı maşınımın arxa sağ hissəsindən yumruqla vuraraq sola dönməyimi tələb etdi və məni təhqir edib dedi ki, «sənin başın işləmir».
Həmin zərbədən mənə maddi ziyan dəydi (avtomobilim əzildi). Həmin vaxt başa düşmədim ki, polis əməkdaşı məndən nə istəyir. Mənə deyir, sola dön. Mən məgər sağa və ya düzünə hərəkət edirəm? Sağdan üstünlüyə malik olan nəqliyyat vasitələrinin qarşısını kəsmədən məni niyə təhlükəyə məruz qoyur? «Yol Patrul Xidməti haqqında» Təlimatda və «Yol hərəkəti haqqında» qanunda nəqliyyat vasiətlərinin hərəkətini belə nizamlamaq nəzərdə tutulmayıb. Qanunda sırf hərəkət təhlüksəizliyi nəzərdə tutulub. Polis sürücüyə elə siqnal verməlidir ki sürücü onu aydın şəkildə vaxtından əvvəl qavraya bilsin».
Ümid edirik ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi sürücüyə qarşı kobudluq etmiş yol polisləri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün göstəriş verəcək…
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə evlilik proqramına qatılan polis qadınla bağlı rəsmi açıqlama
Türkiyənin məşhur ATV kanalında yayımlanan "Esra Erolda” adlı evlilik proqramında azərbaycanlı bir qadın da iştirak edib. BAKU.WS-in məlumatına görə, Roza adlı...