Şəxsiyyət vəsiqələrində növbəti dəyişiklik
07
may
2018
21:57
“2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub”.BAKU.WS “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov “Mobil elektron imza” layihəsinin təqdimatında deyib.O bildirib ki, bu, elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə daim təkmilləşdirmə işləri həyata keçirir. Nazirlik vətəndaşların rahat şəkildə xidmətlərdən yararlanmaları üçün şərait yaratmaqda davam edir”.BAKU.WS
Oxşar xəbərlər
İltimas Məmmədov işdən çıxarılıb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub."APA-Economics" nazirliyin saytına istinadən xəbər verir...