IX sinfi bitirən şagirdlərdən dini biliklər tələb ediləcək

IX sinfi bitirən şagirdlərdən dini biliklər tələb ediləcək
Sosial 412
Azərbaycanda ümumi orta təhsil səviyyəsini (IX) başa vuran şagirdlər mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh edə bilməlidir. BAKU.WS xəbər verir ki, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb. Sənədə əsasən, ümumi orta təhsil səviyyələrində tədris edilən “Ümumi tarix” fənni üzrə təlim nəticəsində şagird tarixi dövrləri müqayisə etməli və dəyərləndirməli, ayrı-ayrı dövlətləri bəşər mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirməli, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında dinlərin rolunu şərh etməlidir. Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli qərarında ümumi orta təhsil üzrə ümumi təlim nəticələri sırasında bu tələb əksini tapmayıb.

Oxşar xəbərlər

Nazirlər Kabineti bu qadağanı LƏĞV ETDİ

Nazirlər Kabineti bu qadağanı LƏĞV ETDİ

Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edil...

3040 Sosial 09:25 05 iyun 2019

Son xəbərlər