Taksi sürücülərinin NƏZƏRİNƏ! - Bu şəxslər sistemdən çıxarılır
Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.
BAKU.WS xəbər verir ki, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.
Adıçəkilən taksi şirkətindən "Xəzər Xəbər"ə bildrilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.
Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.
Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ağalıda tarixi gün: Doğma torpaqlarda həyat canlanır
Zəngilan rayonunun Ağalı kəndində 33 illik fasilədən sonra ilk dəfə taxıl biçini aparılıb. Doğma torpaqlara qayıdan sakinlər burada yenidən əkin-biçinlə məşğul...