Sürücülərin nəzərinə! Yollarda nəzarət gücləndirilib

Sürücülərin nəzərinə! Yollarda nəzarət gücləndirilib
Sosial 1043
 

Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini xahiş edir.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə nəzarət gücləndirilib.

Güclü külək səbəbindən hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bir neçə yolda sürət həddi azaldılıb

Bakıda bir neçə yolda sürət həddi azaldılıb

Bakıda bir neçə yolda sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şər...

1340 Sosial 22:36 15 may 2017

Son xəbərlər