Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
Sosial 26

Bakının daha iki yol sahəsində təmir işləri aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətə hərəkət tam məhdudlaşdırılacaq.

Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.

Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-i saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlə və müvəqqəti yol nişanlarının, hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər