Sumqayıt-Bakı qatarında texniki nasazlıq
Texniki nasazlıq qeydə alınan Sumqayıt-Bakı qatarı 28 dəqiqə gecikmə ilə son stansiyasına çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məlumatına görə, qatar 08:35-də Bakı Dəmiryol Stansiyasında dayanıb.
Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.
Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.
Sərnişinlərdən saytımıza verilən məlumata görə, qatar hələ də Bakı Dəmiryol Stansiyasına çatmayıb.
Onlar bildiriblər ki, qatarın vaqonlarından birinin qapıları açılmayıb, bu da sərnişinlərin qatara minib düşməsində çətinliklərə və vaxt itkisinə səbəb olub.
Oxşar xəbərlər
"Mədəniyyət evi", yoxsa xarabalıq? - VİDEO
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda...