Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.
İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...
