Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU
Sosial 1481

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə BAKU.WS -ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Məlumata görə, gündüz mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Hava yenidən soyuyacaq

Hava yenidən soyuyacaq

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilə...

2311 Şou-biznes 13:59 27 fevral 2016

Son xəbərlər