Sabah havada tozun miqdarı norma daxilində olacaq

Sabah havada tozun miqdarı norma daxilində olacaq
Sosial 43

Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib.

BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”.

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir.

Oxşar xəbərlər

Külək nəticəsində çirklənmə müşahidə edilib

Külək nəticəsində çirklənmə müşahidə edilib

Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib. BAKU.WS xəbər verir ki, bunu...

61 Sosial 14:54 05 aprel 2022

Son xəbərlər