Sabah Bakının qəsəbəsində elektrik enerjisi kəsiləcək
09
okt
2024
19:30
Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
BAKU.WS "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.
Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir
Bərdə rayonu, Darğalar kənd sakinləri illərdir davam edən suvarma problemindən şikayətçidirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlər mövcud çət...