Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub
Sosial 27

4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün Şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib.

"Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb.

Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur.

Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində, mahiyyət Mətbuat Şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə, şifahi qaydada tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur",- deyə R.Məcid bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər