"Qəbələ" klubu tələbələri mükafatlandırdı (FOTO)

Qəbələ klubu tələbələri mükafatlandırdı (FOTO)
Sosial 917

 

"Qəbələ" klubu "Kəpəz"lə qarşılaşmadan öncə maraqlı addım atıb.

BAKU.WS-in kluba instinadla verdiyi məlumata görə, ali təhsil müəssisələrinə imtahan zamanı ən yüksək bal toplamış və tələbə adını qazanmış üç Qəbələ sakininə futbolçularımızın hədiyyələri təqdim olunub.

Zöhrə Siracbəyli (695 bal), Təranə Şirinbəyli (695 bal) və Xəyalə Əfəndiyevaya (700 bal) noutbuk və pul mükafatı verilib.

Qəbələ sakinlərinə bu mükafatları müvafiq olaraq futbolçular Ürfan Abbasov, Aleksey Qay və Luis Hilario Dodo verib. Klub tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzu edib.

ŞAHİN Həbibov

BAKU.WS

Son xəbərlər