Qazsız, yolsuz Amankənd sakinləri AMAN DİLƏYİRLƏR: "Hamilə qadın yolda öldü"
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri uzun illərdir bir sıra sosial problemlərdən əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar həm mavi yanacaqdan məhrum olduqlarını, həm də kənd yolunun yararsız vəziyyətə düşdüyünü bildiriblər.
"Qaynımın arvadı hamilə idi, qadın yolda öldü"; "Təcili yardım gəlinimi aparmadı ki, yol narahatdır, qorxuram" - deyə, sakinlər şikayətlərini dilə gətiriblər.
Başqa bir sakin isə kəndə dörd ildir qaz verilmədiyini söyləyib:
"Mal təzəyi yandırırıq. Xəstəmiz, uşağımız var, evdə oturmaq mümkün olmur. Dəfələrlə şikayət etmişik. Əgər kömək etmirlərsə, bu kəndi köçürsünlər. Biz burada necə yaşayaq?!"
Oxşar xəbərlər
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorol...