Övladları məktəbə gedən valideynlərin DİQQƏTİNƏ - VİDEO
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.
BAKU.WS xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasının “Hədəf” verilişində çıxış edərkən bildirib.
Nazir koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb.
O bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlər görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir.
C.Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb. Nazir bildirib ki, teledərslər bütün sinifləri əhatə edəcək.
Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.
Oxşar xəbərlər
Dərs ili uzadılacaqmı? – Təhsil naziri cavab verdi - VİDEO
Azərbaycan Televiziyasının “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. BAKU.WS xəbər verir ki, nazir “Hədəf”də gündəmin aktual məsəl...