Ölümlə nəticələnən təhlükəli dietalar – XƏBƏRDARLIQ

Ölümlə nəticələnən təhlükəli dietalar – XƏBƏRDARLIQ
Sosial 122

Dünyada sağlamlıq üçün ciddi risk yaradan və təhlükəli hesab edilən dietalar arasında bəzi metodlar var ki, onlar həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərərək, hətta ölümlə nəticələnə bilər.

BAKU.WS xəbər verir ki, bunlardan biri də uzunmüddətli aclıqdır. Belə ki, bəzi insanlar orqanizmi təmizləmək məqsədilə uzun müddət yalnız su içməklə aclıq saxlayırlar. Bu, vitamin, mineral və enerji çatışmazlığına səbəb olaraq orqanizmin çöküşünə və ölümə gətirib çıxara bilər. ABŞ və Avropa tibbi mənbələrində belə hallar barədə ölüm faktları qeyd olunub.

Həddindən artıq azkarbohidratlı (keto) dietalar, yəni Ketogenik dietalar qısa müddətdə çəki itirilməsinə səbəb olsa da, düzgün nəzarət olunmadıqda böyrək və qaraciyər funksiyalarına zərər verə, elektrolit balansını poza bilər. Belə hallarda ağır fəsadlar və nadir hallarda ölümlər müşahidə olunub.

Təbii olmayan üsullarla bədəndən toksinlərin çıxarılması məqsədilə istifadə edilən detoks proqramları, xüsusilə çox sərt pəhrizlər, bağırsaq təmizləyici prosedurlar, elektrolit pozğunluqlarına və ürək ritm problemlərinə səbəb ola bilər. ABŞ-nin Milli Sağlamlıq İnstitutu (NIH) bu cür metodları təhlükəli hesab edir.

Sürətli kilo itkisi üçün dərman və əlavələrin sui-istifadəsi də düzgün dieta deyil. Bazarda satılan bəzi arıqlama dərmanları və təbii əlavələr, dozadan artıq qəbul edildikdə ürək-damar sistemi problemlərinə, zehni pozğunluqlara və ölümə səbəb ola bilər. Dünya Səhiyyə Təşkilatı (WHO) bu məhsulların nəzarətsiz istifadəsinə qarşı xəbərdarlıq edir.

Həddndən artıq aşağı kalorili pəhrizlər hansı ki gündə 800 kaloridən az qida qəbul edilən bu dietalar uzun müddətdə ürək problemləri, əzələ itkisi və digər ciddi sağlamlıq fəsadları ilə nəticələnə bilər. Tibb ədəbiyyatında bu tip pəhrizlərin ağır fəsadları səbəbilə ölüm halları qeydə alınıb.

Nəticə olaraq, dünya səhiyyə orqanları və ciddi tibb mənbələri bildirir ki, hər hansı pəhrizə başlamazdan əvvəl mütləq həkim məsləhəti alınmalı, ekstremal və qeyri-elmi əsaslanan dietalardan uzaq durulmalıdır.

Son xəbərlər