Neftçilərin ailələrinə veriləcək kompensasiya açıqlandı (VİDEO)

Neftçilərin ailələrinə veriləcək kompensasiya açıqlandı (VİDEO)
Video
Sosial 1110

"Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın zamanı orada olan 63 nəfərdən dünyasını dəyişənlərin ailələrinə, sağ qalanların isə özlərinə kompensasiya veriləcək. 

BAKU.WS məlumat verir ki, Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə ANS-ə müsahibəsində veriləcək təzminatların məbləğini açıqlayıb:

"Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvlərinin birinə əmək haqqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda vəfat edən işçinin uşağının həddi buluğa, yəni 18 yaşına çatana qədər hər ay əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Eləcə də vəfat edən işçinin övladı hər hansı bir ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək, əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb”.

BAKU.WS

Son xəbərlər