Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
10
dek
2024
16:02
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən "Azərpoçt" MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
Oxşar xəbərlər
Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?"
Paytaxtda, "Azadlıq prospekti" metro stansiyası yaxınlığındakı Süleyman Sani Axundov küçəsində aparılan təmir-bərpa işləri, asfalt örtüyünün dəyişdirilməsi bu v...