"Maşın" şounun iştirakçıları çıxan yarışmaçılara səsləndi: Dalımızca danışmayın

Maşın şounun iştirakçıları çıxan yarışmaçılara səsləndi: Dalımızca danışmayın
Sosial 4033
 

"Maşın" şounun iştirakçıları yarışmanı tərk edən məşhurlara müraciət edib. 

BAKU.WS saytının təsisçisi Orxan Məmmədov yarışmanın iştirakçıları ilə görüşüb və onlarla söhbət edib. İştirakçılar bildirib ki, onların haqqında mətbuatda çox sayda məlumat yayılır və əsassız şəkildə ittiham olunurlar:  

"Maşın şou-da iştirak edənlər yanımızda sakit idi, ancaq nədənsə verilişdən getdikdən sonra dalımızca danışırsınız. Əgər bizə sözləri olanlar varsa, birdəfəlik deyin. Yox konkret kiməsə sözünüz varsa, konret ünvanlayın sözünüzü ki, həmin adam da sizin cavabınızı versin", - deyə iştirakçılar bildirir.

Yarışma iştirakçılarının hazırda telefonları özlərində deyil və veriliş bitəndən sonra bir saatlıq telefondan istifadəyə icazə verilir. O zaman isə hər kəs öz yaxınları və dostları ilə əlaqə saxlayır. Sosial şəbəkələrdən, saytlardan xəbərsiz olduqlarını deyən iştirakçılar yarışmadan çıxanların arxaları ilə danışmasının düzgün olmadığını bildirib. 

Bildiyiniz kimi, yarışmanı tərk edən məşhurlar saytlara müsahibə verib iştirakçıları ittiham edir. Sosial şəbəkədə görüntülər yayaraq yarışmada iştirak edənləri hədəf göstərirlər.

Orxan Məmmədov 

BAKU.WS 

Son xəbərlər