Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyevlə vida mərasimi keçirilib
19
fev
2026
14:24
Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
N.Dənziyev doğulduğu kənddə dəfn ediləcək.
Oxşar xəbərlər
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından bir...