Lerikdə altı kəndin yol dərdi: "Cavanlar artıq burada qalmır"
Yeniliklərdən dərhal xəbərdar olun
Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan altı kəndin yolları yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.
Kənd sakinlərindən biri deyib:
"Yolsuzluğa görə təcili yardım, yanğınsöndürən maşınlar kəndə gəlib çıxa bilmir. Xəstələrimizi kənddəki "Niva" maşınları ilə xəstəxanaya özümüz aparırıq. Cavanlar artıq burada qalmır, çıxıb gedirlər".
"Aidiyyəti qurumlara saysız-hesabsız məktub göndərmişik. Hamımıza şablon cavab verirlər. Yolun bu halda olması heç kəsin vecinə deyil" - deyə, digər sakin qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorol...