İmişlidə istismara yararsız 15 borulu keçid yenilənib
![İmişlidə istismara yararsız 15 borulu keçid yenilənib](https://baku.ws/storage/photos/thumbs/large/guKX4WIfkfwll5WoNccwtCGjMaz3YzqjDFAmiuuu.webp)
Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonu ərazisində 34 min 500 hektar meliorasiya olunmuş torpaqlarda 1 460 km kollektor və drenaj sisteminin istismarına xidmət edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, idarə torpaqların melioartiv cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmiri işlərini həyata keçirir.
Bunun nəticəsində səth və qurunt sularının normal axımı təmin edilir, torpaqlar melorativ cəhətdən yaxşılaşır. Bu da kənd təsərrüfatı bitkilərinin normal inkişafına şərait yaradır.
Cari il ərzində İmişli rayonu ərazisində, o cümlədən Sarxanlı, Cəfərli, Əlqulular, Yuxarı Otuzikilər, Aranlı, Qızılkənd, Xəlfəli və Qaraqaşlı kəndlərində yerləşən 15 ədəd istismara yararsız borulu keçidlər yeni beton borularla əvəz edilib.
Oxşar xəbərlər
Azərbaycanda bu şagirdlər digər məktəblərə köçürüləcək
"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur". BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazir...
![](/images/banners/placeholder_home_right_az.jpg)