I Qarabağ müharibəsi şəhidinin qardaşı: Onunla son danışan mən olmuşam

Qardaşım Atakişi Atayev 1991-1992-ci illərdə "Güclər polku"na cəlb edilmişdi. Təlim bitdikdən sonra mənə zəng vurdu və dedi ki, biz artıq cəbhəyə gedirik.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Atayevin qardaşı Azad Atayev deyib.
Onun sözlərinə görə, A.Atayev həyatda çox aktiv idi: "Uşaqlıqdan hərbçi olmaq fikri var idi. Hərbi xidmətdə ixtisasca tankçı olub".
A.Atayev qeyd edib ki, qardaşının döyüş yoldaşları ilk vaxtlar onun taleyi barədə ailəyə konkret bir şey deyə bilməyiblər: "Sonradan eşitdik ki, başından qəlpə yarası alıb. Sonra isə izinin itdiyi məlum oldu və tapılmadı".
Şəhidin qardaşı onun son döyüş yerinin Naxçıvanlı kəndi olduğunu bildirib.
Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb. Onun qalıqları bu gün Bakının Keşlə qəsəbəsində dəfn olunacaq.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri...